Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 240 kv.m olan evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 38 kv.m sahədə və dam örtüyü 30 kv.m sahədə yanıb. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Əraziyə cəlb edilən xilasedicilər evin qalan hissəsini yanğından mühafizə ediblər.