Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən elektrik yarımstansiyasından oğurluq edilib. Bu haqda bu gün, 22 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bakı şəhər sakini X.Məmmədov 12 ədəd elektrik boşaldıcısı, 200 metr naqil və mühafizə paneli oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Həmçinin, onun üzərindən heroin aşkar edilib.