Paytaxtın Qaradağ rayonunda transformator yanıb. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yarımstansiya ərazisində yerləşən transformatorun yağı və sarğıları alışıb. Yaxınlıqda yerləşən digər transformatorlar və infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.