Bakının Qaradağ rayonunda piyada qəzaya uğrayıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Müşviq qəsəbəsində qeydə alınıb. 38 yaşlı Gülnar Quliyeva yolu keçən zaman onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.