Paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində tanışını videogörüntü üstündə öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Mirşahid Mehdiyev 9 il azadlıqdan məhrum edilib.
22 avqust tarixində Əhəd Nuriyev, təqsirkar üçün əhəmiyyətli olan videogörüntüləri silmədiyi üçün bıçaqla öldürülmüşdür.