Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı yeniyetmə dənizdə boğulub. Bu haqda 10 iyul tarixində axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Əmirxan Şahbazlının batması barədə məlumat FHN-in qaynar xəttinə verilib. Hadisə yerinə xilasetmə qrupu cəlb olunub.
Bir müddət sonra yeniyetmənin meyiti dənizin nəzarətsiz ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.