Bakıda arvadını məftillə boğub öldürən şəxsin istintaqı başa çatıb. Bu haqda 4 fevral tarixində APA məlumat verib.
Ötən il oktyabrın 21-də Qaradağ rayonu, Sahil qəsəbəsində Vilayət Məmmədov arvadı 31 yaşlı Aliyə Məmmədovanı yaşadığı evdə məftillə boğaraq öldürmüşdür.
Faktla bağlı Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Samir Əliyevin icraatına verilib.