Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Hyundai” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.