Paytaxtın Qaradağ rayonunda akkumulyator oğrusu tutulub. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini H.Hətəmli rayon ərazisində "KamAZ", "MAZ", "MAN" və "DAF" markalı yük avtomobillərindən akkumulyator oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.
Bundan əvvəl, 4 mart tarixində paytatxın Binəqədi rayonunda 4 atvomobildən akkumulyator oğurlayan iki nəfərin tutulması barəsində xəbər verilmişdir.