Paytaxtın Qaradağ rayonunda avtoqəza iki nəfərin ölümünə səbəb olub. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
55 yaşlı Səyavuş Cəfərov və 37 yaşlı Emil Qurbanov “Mecedes” markalı avtomobili magistral yolun kənarında saxlayaraq düşüblər. Bu zaman 27 yaşlı İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsilə onları vurub.
Hər iki piyada hadisə yerində dünyasını dəyişiblər. Araşdırmalar davam edir.