Paytaxtın Qaradağ rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin səbəbləri açıqlanıb. Bu haqda bu gün, 4 noyabr tarixində Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı İradə İsmayılovanın və 26 yaşlı Əhliqə Aşurovanın ölümü ilə nəticələnən qəzada “Ford” markalı yük avtomobilinin sürücüsünün yuxulaması bildirilir.
2 noyabr tarixində Qaradağ rayonunda 41 yaşlı Seymur Abıyev (Ford) və 40 yaşlı Mehman Güləliyevin (Howo) idarə etdikləri 2 yük avtomobili toqquşmuşdur. Nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.