Paytaxtın Qaradağ rayonunda narkotik maddələrin təsiri altında avtomobil sürən şəxs aşkar olunub. Bu haqda bu gün, 30 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Saatlı rayon sakini Ruslan Bağırov “Opel” markalı avtomobili idarə edərkən rayon ərazisində yerləşən postda yoxlama məqsədi ilə saxlanılıb və onun narkotik təsiri altında olduğu məlum olub.
Təqsirkar 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.