Bakıda “Kia” markalı yük avtomobilində yanğın baş verib. Bu haqda 5 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qaradağ rayonunda ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin tavanı və içərisində dayanan “Kia” markalı yük avtomobilinin mühərriki və kabinə hissəsi yanıb. Yanğının avtomobilin və tikilinin qalan hissəsinə keçməsinin qarşısı alınıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.