Paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini M.Zülfəliyevin idarə etdiyi “Tofaş” markalı nəqliyyat vasitəsi ilə həmyerlisi Şöhlət Quliyevin sürücüsü olduğu “Oka” markalı avtomobil toqquşub. Hər iki nəfər xəstəxanaya yerləşdirilmiş, ancaq sonuncunun həyatını xilas etmək mümkün olmamışdır.
Araşdırmalar davam edir.