Bakının Qaradağ rayonunda "MAN" markalı qoşqulu yük avtomobili yanıb. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanğın zamanı qoşqunun bir hissəsi və qoşquya yığılan 88 ədəd 200 litrlik mühərrik yağı ilə dolu çəllək, 32 ədəd karton və taxtadan ibarət olan tara yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Avtomobilin qalan hissəsi və qalan çəlləklər alovdan mühafizə olunub.