Paytaxtın Qaradağ rayonunda mağazadan oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini İ.Eyvazlı və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Y.İmanov adıçəkilən rayon ərazisində yerləşən mağazaların birindən 100 AZN və tütün məmulatları oğurlamaqda şübhəli bilinirlər.
Həmin şəxslər barəsində araşdırma aparılır.