Paytaxtın Qaradağ rayonu Qızıldaş qəsəbəsində maşinist iş yerində dünyasını dəyişib. Bu haqda bu gün, 15 noyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“Qaradağ” ASC-yə məxsus daş karxanasında işləyən Əbülfəz Hacıyev daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək arasında qalıb. Nəticədə işçi hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.