Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində bir nəfərin kartından pul oğurlanıb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini olan qadın bir nəfərin bank kartından hesabındakı 325 manat pulu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.