Qaradağ və Sabunçu rayonlarında bıçaqlanma hadisəsi baş verib.
Report.az saytına istinadən Lökbatan qəsəbəsində 51 yaşlı Qalib Fərəcov bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb və qarət olunub. O, alın nahiyəsinin əziyi və qarın boşluğunun 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
APA-nın məlumatına görə, 27 yaşlı Amin Sadıqzadə əlbəyaxa dava zamanı Zabrat qəsəbəsində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırmalar davam edir.