Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış kompleksinin 21-ci binasının 8-ci mərtəbəsində qeydə alınıb. Bildirilir ki, isidici cihazla ehtiyatsız rəftar səbəbindən alışma olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.