Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayon ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində qeydə alınıb. 31 dekabr tarixində Bakı şəhər sakini olan yeniyetmə bir nəfəri bıçaqlayaraq hadisə yerindən qaçıb.
Keçirilən əməliyyatlar nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.