Qaradağda kişi öz həyat yoldaşını öldürüb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə rayonun Qobustan qəsəbəsində baş verib. 54 yaşlı Zaman Zeynalov aralarında yaranan mübahisə səbəbindən arvadı, 50 yaşlı Pərvanə Zeynalovanı bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, polisə təslim olub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.