Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsinin çimərliyindən iri yük maşınları dəniz qumu daşıyır. Bu haqda məlumatı bu gün, 11 may tarixində Baku TV öz Telegram səhifəsində yayıb.
Yayılan videogörüntülərdə çimərlikdə ağır texnikanın işlədiyi, yaşayış binalarının yaxınlığında qum karxanasının yarandığı görünür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova faktla bağlı araşdırma aparıldığını bildirib.