Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində əmlakı qəsdən məhv etmə halı aşkarlanıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən mağaza yanıb. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Əməli törətməkdə şübhəli bilinən Ramin Musayev saxlanılıb. Fakt araşdırılır.