Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində qayalıqda meyit aşkar olunub. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in qaynar xəttinə Qobustan qəsəbəsində qayalıq ərazidə aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti çıxarılaraq təhlükəsiz yerə aparılıb və aidiyyəti üzrə təhvil verilib.