13:35 - Yenilənib:
Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 2 ay uzadılıb.
12:15- Rəşad Dağlı Qaradağ məhkəməsinə gətirilib
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ məhkəməsinə gətirilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az məlumat verir.
Hakim Günay Həşimova meyxanaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.
2022-ci il 9 noyabr tarixinə səhər saatlarında Rəşad Dağlı şəxsi münasibətlər zəminində tanışı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürmüşdür.