Paytaxtda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını divara çarpıb. Sürücü, 45 yaşlı Aytəkin Sadıqova bud sümüyünün sınığı, 41 yaşlı Kənarə Salmanova döş qəfəsi sümüklərinin sınığı, 44 yaşlı Turan Mehdiyeva isə bilək sümüyünün sınığı diaqnozları ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Digər 2 sərnişinin həyatı üçün təhlükə olmadığından onlar evə buraxılıblar.
Faktla bağlı Sabunçu RPİ-nin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.