İrandan Azərbaycana gətirilən bibərlər Bakıda məhv edilib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Ballı Store N” şirkətinin İrandan idxal etdiyi 7425 kiloqram, “Amotrade” şirkətinin isə 6010 kiloqram bibərlərdə qonur qırışıqlıq virusu aşkar olunub. Buna görə də həmin məhsullar Qaradağ rayonunda yerləşən Qızıldağ poliqonunda məhv edilib.
Cari il İrandan idxal edilən 3 bibər məhsulu partiyalarında adıçəkilən orqanizm aşkarlanıb.