Bakının Səbail rayonu, İstiqlaliyyət küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə ötən ay “İçərişəhər” metro stansiyasının yaxınlığında qeydə alınıb. İki nəfər avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmuyan yerdən keçməyə çalışan zaman onlardan birini maşın vurub.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntülər aşağıda təqdim olunur: