Paytaxtın Səbail rayonu, “Azneft” dairəsində avtoqəza baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az xəbər verir.
“Hyundai” markalı avtomobil, taksi kimi fəaliyyət göstərən “Toyota” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.