Paytaxtın Səbail rayonunda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan yaşayış evinin zirzəmisi 20 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.