Paytaxtın Səbail rayonunda piyadanın iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
24 yaşlı Ağahüseyn Hüseynli yolu keçən zaman onu avtomobil vurub. Piyada kəllə-beyin və döş qəfəsinin travmaları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.