Bakının Səbail rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 dekabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 28 yaşlı Günay Həsənovanı vurub. Yaralı qız təcili tibbi yardımın köməkliyi ilə sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.