Bakının Səbail rayonunda vətəndaşda narkotik tapılıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Nurlan Xudiyev rayon ərazisində saxlanılıb. Ondan 3 kiloqram 470 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.