Səbail rayonunda aktiv koronavirus xəstəsi saxlanılıb.
AZƏRTAC-a istinadən polisin apardığı reyd zamanı Bakı şəhər sakini K.Kenqerlinski saxlanılıb. O, aktiv koronavirus xəstəsi olaraq, icazə olmadan evini tərk edib. Polis əməkdaşları xəstəni müalicə təyin olunan ünvana çatdırıblar. Kenqerlinski barəsində cinayət qanunvericiliyinə uyğun olaraq tədbir görülüb.
Aktiv koronavirus xəstələri karantin qayadalarını pozduğu halda, onlar 2500 manatdan 5000 manatadək cərimə və üç ilədək müddətə ya azadlığın məhdudlaşdırılması, ya da azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, polis Bakı metropoliteninin platformasında reydlər oktyabrın 15-dən keçirilir.