Bakıda sərnişin avtobusu işıq dirəyinə, daha sonra ağaca çarpılıb. Bu haqda 1 dekabr tarixində APA məlumat verib.
Şeyx Şamil küçəsində 31 nömrəli “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü sükana nəzarəti itirib və yol kənarında işıq dirəyinə çarpılaraq dirəyi aşırıb. Daha sonra isə idarəetmədən çıxan avtobus ağaca dəyərək dayanıb.
Qəza zamanı xəsarət alan olub.
[caption id="attachment_81288" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]