Səbail rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini Mahir Ağayev rayon ərazisində olan “Mercedes” markalı avtomobildən 3100 ABŞ dolları, 1500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar aparılır.