Bakıda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 2 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Səbail rayonunda 1 evdən 600 manat pul, 2 aptekdən isə pul və mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.