Paytaxtın Səbail rayonunda futbol azarkeşləri arasında bıçaqlanma baş verib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Premyer Liqa çərçivəsində "ASCO Arena"da keçirilən "Səbail" (Bakı) və "Kəpəz" (Gəncə) futbol klublarının matçından sonra azarkeşlər arasında dava baş verib. Nəticədə “Kəpəz”in azarkeşi, 26 yaşlı Rahib Ələsgərov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar davam edir.