Paytaxtın Səbail rayonunda piyada iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
21 yaşlı Nərmin Kərimova yolu keçən zaman onu avtomobil vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.