Bakının Səbail rayonunda yerləşən köməkçi tikilidə yanğın baş verib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə, içərisində soyuducu və ərazidə 8 kv.m sahədə quru ot yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.