Bakıda kafedə yanğın olub. Bu haqda 10 yanvar tarixində APA məlumat verib.
Səbail rayonunda ümumi sahəsi 200 m² olan kafedə bacanın içərisində yağ qalıqları və havalandırma qurğusunun mühərriki yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Birmərtəbəli tikilinin qalan hissəsi yanğından mühafizə olunub.