Paytaxtın Səbail rayonunda daha bir piyadanı avtomobil vurub. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Lənkəran rayon sakini E.Səfərov sürücüsü olduğu “Renault” markalı avtomobillə Bakı şəhər sakini Həqiqət Məlikovanı vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib. Araşdırmalar davam edir.
Daha öncə, digər 3 nəfəri müxtəlif vaxtlarda avtomobilin vurduğu barədə məlumat verilmişdir.