Bakıda müğənni yol qəzası zamanı xəsarət alıb. Bu haqda 16 fevral tarixində Oxu.az məlumat verib.
Səbail rayonu, Salyan şosesində “Nissan” markalı nəqliyyat vasitəsi köməkçi yoldan əsas yola çıxarkən “Mercedes” markalı maşına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü müğənni Lamiya Abdullayeva xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma davam edir.