Bakıda oğru yaxalanıb. Bu haqda 26 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Səbail rayonunda martın 23-də Bakı şəhər sakini H.Nəcəfovanın içərisində 1715 manat pul olan çantası oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini A.Rzayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.