Paytaxtın Səbail rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev müxtəlif vaxtlarda 5 nəfərin mobil telefonlarını, 3 nəfərin isə pulqabılarını oğurlamaqda şübhəli bilinir. Saxlanılan zaman onun üzərindən heroin də tapılıb.
Faktla bağlı araşdırma aparılır.