Bakının Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Salyan şosesində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü, 26 yaşlı Məhəmməd Tağıyev yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən Türkiyə vətəndaşı, 43 yaşlı Sabit Bildimi vurub. Sonuncu aldığı xəsarətlərdən qəza yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
[caption id="attachment_117855" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]