Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, dekabrın 24-də vətəndaşların birindən içərisində 2200 ABŞ dolları və 230 manat pul olan çantası oğurlanıb.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Ağsu rayon sakini Natiq Sadıqov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.