Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Ağstafa rayon sakini itkin düşüb. Bu haqda bu gün, 23 oktyabr tarixində Report məlumat yayıb.
İtkin qadının həyat yoldaşı bildirir ki, 22 oktyabr tarixi axşam saatlarında yaşadığı ünvana qayıdarkən Günay Nəsibovanı evdə tapmayıb.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.