Bakının Səbail rayonu ərazisində 5 yanvar saat 20:00 radələrində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Qurbanovanı vurub.
Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı araşdırma aparılır.